Adətən, qəpiklər dəyər baxımından bəxti gətirməyən pul vahidi hesab olunur. “Qəpik-quruş” deyib gözdən saldığımız bu pulların üst-üstə yığılanda əsl var-dövlət olacağı, bəlkə də, ağlımıza gəlməz. Amma, ABŞ-da yaşayan bir adam bunu fikirləşib. O, düz 45 il qəpik yığıb. Yığdığı qəpikləri üzə çıxaranda isə hamı heyrətə düşüb…
Otha Anders 1970-ci illərin ortalarında belə qərara gəlir ki, əlinə düşən qəpikləri yığsın. Bir şüşəyə yerdən tapdığı qəpiyi atır. Ondan sonra hər axşam evə girəndə cibindəki bütün qəpikləri bu şüşəyə boşaldır. Onun bu hərəkəti ətrafındakı insanlarda gülüş doğursa da, Otha eyninə almayıb. Qəpiklərini yığmağa davam edib.
S/T: İştirak etdiyi televiziya verilişlərindən birində Otha deyib: “Bir qəpiyin də dəyəri var. Bu dəyəri bilməyən insanları görəndə əsəbiləşirəm”.

Elə ki, kiçik şüşələr dolub, Otha qəpik kassası kimi su bidonlarından istifadə etməyə başlayıb. 2015-ci ildə Otha evinin sığorta pulunu qəpiklərlə ödəməyə qərar verir. 15 su bidonunu qohumlarının köməyilə avtomobilinə yükləyir, banka yollanır. Bank əməkdaşları bidonları görəndə məəttəl qalırlar… Tərəziyə qoyanda məlum olur ki, qəpiklərin toplam ağırlığı 1200 kq-dır. Bank əməkdaşlarından heç kim qəpikləri saymağı boynuna götürmür. Rəhbərlik, məcbur qalıb, avtomatik qəpiksayma maşınını işə salır. Yüksək sürətə malik bu texnologiya 1200 kq-lıq qəpikləri 5 saata ancaq saya bilir.

Sonunda məlum olur ki, Otha 45 ilə, yəni, 16 min 425 günə tam olaraq 513 min 614 dollar toplayıb. Bu da onun, orta hesabla, günə 31 penny yığdığı anlamına gəlir.

Evin sığorta pulunu ödəyən Otha təəssüflənərək bildirib ki, “məcbur qalmasaydım, hələ çox pul yığacaqdım”.

Bu adamın hekayəsi bir çoxumuza ibrət dərsi ola bilər. Əlinizə keçən bir qəpiyin də qədrini bilsəniz, “buna nə düşür ki?!”-deyib keçməsəniz, gələcəkdə böyük pullara sahib ola bilərsiniz. Nə də olsa, unutmayın ki, böyük hədəflərə doğru kiçik addımlarla gedilir.

Nguồn: https://keshadaily.com/

Xem thêm bài viết: link danh muc

31 thoughts on “45 il qəpik yığan adam görün nə qədər pul yığıb?

  1. qepik yifma olmadi 513614 dollaq 45 ile gerek her gun 31 dollar 27 sent pul yigasan ki 45 ile 5136147 dollar yigilsin nagil danisir bu

  2. ABŞ yüz illər boyu dollar və ya Sent işlədir bizdə hər üç beş ildən bir pul dəyişir türk demiş nasıl olucak

  3. Heç Kim BANKA
    PULUNU ATMASIN😢
    NİYE??????…………
    BÜTÜN PULLARIMIZI
    1992de Banka
    Qoyduq 😢
    Oda Batdı Getdi😢
    Özüde Üzüm Bağlarında
    FEHLELİKLE Yığdıpımız PULLAR😢
    😢😢😢😢😢😢😢😢
    ÜMÜDLE gözdüyürük
    😳😳😳😳😳😳

  4. Yaxsi gelmisdim axirda korladin. Senin o teriflediyin 1kart oz hesabimdan bele pul cekende faiz tutur neye guvenerek ora yatirim pulumu.

  5. 3.04 helədə aqız dolusu danışırsan çamahat dərman almaqa pulu yoxdu.. Ilham hakimiyyətdən gedəndən sonra Xalq Xəzərin kürsüdən dadaçaq

  6. Çamatda xirda axtarir diyirler qepik ver xirda yoxdu ,dovruyede qepik tapilmir ve tezeden pul basilir ve qepik sayi getdikce dahada artir ….

  7. Xixixi yimiyenin payını yiyeler sözü yadıma düşdü. Sorasıdaki İNFİLYASİYA gelse o pullar zibilden başqa bir şey olmiyacaqki bura Azerbaycandı

  8. Bahudur bey menim sim nomremde 28 manat pul yığılıp.Onu men nece istifade ede bilerem.Evvelceden teşekkürler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *